Daha bir mina partlayışı – Bu dəfə Ağdamda!

Bu gün Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina partlayışı baş verib.
“turaninsesi.az“-a DİN, Baş Prokurorluq və ANAMA mətbuat xidmətlərindən daxil olan xəbərə görə, 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Səbuhi Məmmədov minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, daha əvvəl ANAMA, əməkdaşının Cəbrayıl rayonunda minaya düşdüyünü bildirmişdi.