Bakıda mikroavtobus qəzaya düşdü – 19 yaralı (YENİLƏNİB)

“Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub”
“turaninsesi.az” xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.
Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib: “Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI