Yeni generallardan biri məşhur icra başçısının oğludur – FOTO
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin bir sıra əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilməsi ilə bağlı sərəncam imzalayıb.
“turaninsesi.az ” xəbər verir ki, təltif olunanlar arasında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşov da var.
O, general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
S.Qaraşov 2023-cü ilin 22 iyununda FHN-in Daxili Tədqiqat İdarəsinin rəis müavini təyin edilib. O, həmin vaxta qədər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Taleh Qaraşov 1996-cı ildən icra başçısı işləyir. O, 1996-2002-cı illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-cı illərdə Astara rayonlarının icra başçısı olub. 2012-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyətinə başçılıq edir.

Arzu Paşaqızı