Yasamalda yaşayış binasında yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərləndi
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın binanın şaxtasında olan kommunikasiya xətlərindən başlayıb.
Bu barədə “turaninsesi.az “-ın hadisə yerində olan əməkdaşına Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ehtiram Xəlilov məlumat verib.
Onun sözlərinə görə, bina sakinləri təxliyə edilib:
“Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, sakinlərin bəziləri tüstüdən zəhərlənib”.