Xilasedicilərimiz Türkiyədə dağıntılar altından daha 3 nəfərin meyitini çıxarıblar
Xilasedicilərimiz Türkiyədə dağıntılar altından daha 3 nəfərin meyitini çıxarıblar.
Bu barədə “turanın səsi ” nə FHN-dən bildirilib.
Bununla da meyiti çıxarılan insanların sayı 774-ə çatıb.
Qeyd edək ki, FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiqi ilə davam etdirilir.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI