TƏCİLİ! Kəmaləddin Heydərovun müavinləri işdən çıxarıldı – FOTOLAR
Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.
“turaninsesi.az ” xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.
Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlasaq da o, məlumatı təkzib etməyib və telefonu söndürüb.



Arzu Paşaqızı