Təltif olunanlar arasında o da var – Əməkdar məşqçi, Əməkdar İdman Ustası…
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təltif olunan FHN əməkdaşları arasında polkovnik Füzuli Musayev də var.
“turaninsesi.az ” xəbər verir ki, FHN-in idman-sağlamlıq klubunun rəisi olan Füzuli Musayev Prezident sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
O, 2007-ci ildən isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin rəisi vəzifəsində çalışır.
F. Musayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, karate üzrə 8-ci dan qara kəmər sahibi, “Tərəqqi” medallı, Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman Xadimi, Əməkdar məşqçi, Əməkdar İdman Ustası, həmçinin karate üzrə dünya və Avropa çempionudur.
Arzu Paşaqızı