Sumqayıtda “Green house” şadlıq sarayındakı yanğın söndürülüb – VİDEO – YENİLƏNİB-3

Sumqayıt şəhərindəki “Green house” şadlıq sarayında baş vermiş yanğın tam söndürülüb

Turanın səsi ” xəbər verir ki , Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

15:50

Sumqayıtda “Green house” şadlıq sarayında baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə “Turanın səsi ” nə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

15:20

Sumqayıt şəhərində şadlıq evində yanğının söndürülməsi işləri davam etdirilir.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Sumqayıt şəhərindəki “Green house” şadlıq sarayı yanır.

Bu barədə “Turanın səsi ” nə hadisə şahidləri məlumat verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürməyə çalışır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir