SON DƏQİQƏ : Azərbaycanda zəlzələ oldu -YENİLƏNİB

Turanın səsi ” nə daxil olan məlumata görə , Mərkəzdən bildirilib ki, yeraltı təkanlar Ağdam, Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ rayonlarında hiss olunub.

20:52

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 03.09.2023-cü il tarixində yerli vaxtla saat 20:38 dəqiqədə Kürdəmir stansiyasından 14 km cənubda, Kürdəmir rayonu ərazisində 50 km dərinlikdə 5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Bu barədə “Turanın səsi “ nə FHN-ın mətbuat xidmətindən bildirilib.

Zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir