Siyəzəndə torpaq sürüşməsi olub


Siyəzən rayonunun Sədan kəndində torpaq sürüşməsi baş verib.

Bu barədəTuranın səsi nə FHN-ın mətbuat xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinə Siyəzən rayonunun Sədan kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri yararsız vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir