“Sədərək” Ticarət Mərkəzində yanğın tam söndürülüb – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb.

Bu barədəTuranın səsi nə FHN-ın mətbuat xidmətindən bildirilib.

Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və səmərəli tətbiqi, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

21:56

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb. 

Bu barədə “turanın səsi” nə FHN-dən bildirilib. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

21:08

“Sədərək” Ticarət Mərkəzində (TM) yanğın söndürülüb.

Bu barədə “turanın səsi ” nə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb. Ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib.

20:30

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Bu barədə “turanın səsi” nə FHN-in Mətbuat xidmətindən bildirilib. 

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir. 

Əlavə məlumat veriləcək.

19:37

“Sədərək” Ticarət Mərkəzində (TM) baş verən yanğınla əlaqədar polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

“Təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb”, – DİN rəsmisi qeyd edib.

18:51

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə “turanın səsi ” nə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir