Respublika Perinatal Mərkəzində baş vermiş yanğının təfərrüatları məlum olub – YENİLƏNİB²

0

Yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib.

Turanın səsi ” xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirilib.

Bildirilib ki, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub.

Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.

05:50

Respublika Perinatal Mərkəzində yanğın olub.

Bu barədə “Turanın səsi ” nə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: “Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.

Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir