Rəsmilər hadisə yerində toplaşdı: Kəmaləddin Heydərov, Eldar Əzizov…

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gəliblər.

turaninsesi.az” xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, polis əməkdaşları, təcili tibbi yardım briqadaları cəlb olunub. 

Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün əraziyə yollanıb

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI