Qazaxıstandan qayıdan Kəmaləddin Heydərovdan İLK AÇIQLAMA
“Hadisə yerində olduq, xəstəxanada yaralılara baş çəkdik. Reanimasiyada olan 3 nəfərdən başqa hamısı yaxşıdır”.
“turaninsesi.az” xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir qeyd edib ki, həlak olanların şəxsiyyətləri tam məlum olduqdan sonra Azərbaycan gətiriləcək:
“Xəsarət alanları hazırda ölkəyə gətirmək mümkündür. Lakin həkimlərin məsləhətinə görə, onların psixoloji vəziyyəti nəzərə alınaraq yüngül xəsarət alanlar yaxın günlərdə, bəlkə də sabah, ya da o biri gün Vətənə gətiriləcək”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI