Nazirə yeni müavin təyin olunacaq, üç nəfərə general rütbəsi veriləcək 

Fövqəladə Hallar Nazirliyində (FHN) bir qrup şəxsə general rütbəsi veriləcəyi və bir nəfərin nazir müavini postuna gətiriləcəyi gözlənilir. 

turaninsesi.az“-ın əldə etdiyi məlumata görə, dəyişikliklərin 16 dekabr Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 19-cu il dönümü ərəfəsində baş tutacağı bildirilir.

FHN-nin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Həsənov Məhərrəm İmanqulu oğlunun nazir müavini təyin ediləcəyi, FHN-nin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi Seymur Qaraşova, Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərliyə və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi Zaur Kərimova general rütbəsi veriləcəyi deyilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI