Komissiya təyyarənin qəzaya düşdüyü yerdə işə başladı
Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayevin başçılıq etdiyi hökumət komissiyası Aktauya gəlib və qəza yerinə yola düşür.
“turaninsesi.az” xəbər verir ki, K.Bozumbayev daha sonra xəstəxanada yaralılara baş çəkəcək, xarici həmkarlarla görüşəcək, eləcə də qərargahın iclasını keçirəcək.
Fövqəladə Hallar Xidmətinin bütün xidmətləri, kriminalist ekspertlər və prokurorluq orqanları fövqəladə vəziyyət rejimində işləyir.
Komissiya Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə yaradılıb.