KƏMALƏDDİN HEYDƏROV Siyavuş Novruzovun qardaşı oğluna vəzifə verdi-FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə rəis müavini təyin olunub. 

turaninsesi.az“-ın məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.  

Nazirin müvafiq əmri ilə Nəcəf Novruzov Bakı Regional Mərkəzinə rəis müavini təyin edilib. 

Qeyd edək ki, Nəcəf Novruzov bundan əvvəl Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay əvvəl vəzifəsindən azad olunub. 

Xatırladaq ki, Nəcəf Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşı oğludur.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI