Kəmaləddin Heydərov rəisi işdən çıxardı
Daxili xidmət polkovnik-leytenantı Anar Salahov Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
“turaninsesi.az” xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
A.Salahovun yerinə Rüfət Elbrus oğlu Qorçiyev gətirilib.
Qeyd edək ki, Anar Salahov 2017-ci ildən Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI