Kəmaləddin Heydərov Qazaxıstan FHN-in bir qrup əməkdaşını təltif etdi
2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub.
“turaninsesi.az” xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Belə ki, nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq adları aşağıda göstərilən qazaxıstanlı xilasedicilər “Əməkdaşlığa görə” döş nişanı ilə təltif ediliblər:
– Seytalin Azamat Serikoviç
– Aminov Timur Vladimiroviç
– Aydarov Kani Manapoviç
– Karayev Sayasat Musayeviç
– Kenjeqaliyev Majit Serikbayeviç
– Kulxanov Azımbek Şındauletoviç
– Kuzembayev Erbol Axmetoviç
– Mendibayev Naurızbek Erlanulı
– Nuqumanov Ardak Koyşibekoviç
– Tleuberqenova Ayman Mınbayevna
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI