Kəmaləddin Heydərov Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyinin mükafatına layiq görülüb

0

Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyinin mükafatına layiq görülüb.

Turanın səsi ” ATF-nin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, bununla bağlı K.Heydərov Dünya Taekvondo Federasiyasının (DTF) prezidenti Çunqvon Çu ilə videokonfrans formatında görüş keçirib.

DTF rəhbəri Azərbaycanda idmanın müxtəlif növləri arasında taekvondonun özünəməxsus yerinin olduğunu məmnunluqla bildirib, ATF ilə uzun illər uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. May-iyun aylarında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu söyləyən Çunqvon Çu təltif olunduğu mükafata görə Kəmaləddin Heydərovu təbrik edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir