Kəmaləddin Heydərov generalı vəzifəsindən azad etdi
Xəbər verdiyimiz kimi, polkovnik-leytenant Kənan Aşurov Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinə yeni rəis təyin edilib.
“Turanın səsi ” in məlumatına görə, bundan əvvəl FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi general-mayor Elşad Hüseynov olub.
Məlumata görə, nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elşad Hüseynov sərəncama götürülüb.