Kəmalədddin Heydərov İsrail səfiri ilə görüşdü
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İsrailin Azərbaycandakı səfiri Ronen Krausz ilə görüşüb.
“turaninsesi.az ” xəbər verir ki, görüşdə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında səmərəli əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib.
İki ölkə arasında münasibətlərin, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edilib.
Arzu Paşaqızı