HEYDƏROV rəisi təqaüdə göndərdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi işdən çıxarılıb.
“turaninsesi.az” xəbər verir ki, 2009-cu ildən sözügedən qurumun rəisi vəzifəsini tutan daxili xidmət polkovnik-leytenantı Eyvaz İbrahimov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.
Onun yerinə daxili xidmət mayoru Alim Zahidov təyin edilib. O, bundan əvvəl Ağsuda FHN-in texnikalar üzrə rəisi olub.
Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI