Heydərovdan əmr: Mehdiyev rəis təyin edildi – Foto

Fövqəladə Hallar Nazirliyinə (FHN) yeni idarə rəisi təyin edilib.
“turaninsesi.az“-ın məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin əmri ilə Toğrul Mehdiyev nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, T.Mehdiyev bundan qabaq Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı Alayının qərargah rəisi olub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI