Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

0

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədəTuranın səsi nə FHN-ın mətbuat xidmətindən bildirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən 3 saylı Bakı “ASAN xidmət” mərkəzində və Nəsimi rayonu A.Şaiq adına 54 saylı tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı şəhər tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Lerik rayonu N.Muradov adına Günəşli kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri N.Aydın adına 18 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayonu İmamqulubəyli kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Siyəzən şəhəri, İnteqrasiya təlimli internat tipli gimnaziyada, Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar rayonu Dövrüşlü kənd tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Ucar şəhər 3 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir