FHN Zabrat hava limanında təlim keçirib (video, foto)

0

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taboru Zabrat hava limanında Aviasiya Təhlükəsizlik İdarəsi ilə birlikdə təlim keçirib.

Təlimin keçirilməsində əsas məqsəd hava limanının təhlükəsizlik xidməti ilə qarşılıqlı fəaliyyətin təşkili, həmçinin Kinoloji taborun xüsusi təlim görmüş itlərinin vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş şərti məlumat əsasında hava limanında ehtimal edilən “partlayıcı maddənin tapılıb zərərsizləşdirilməsi” üçün hadisə yerinə kinoloji qrupun şəxsi heyəti ilə xüsusi təlim görmüş itlər cəlb olunub. Ərazidə olan insanlar təhlükəsiz məsafəyə təxliyə olunduqdan sonra xüsusi təlim görmüş itlərlə əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Əməliyyat zamanı gözləmə zalında və helikopterlərin parklanma meydançasında şərti sahibsiz şübhəli əşya qismində çantalar aşkar edilib. Müayinə nəticəsində çantalarıın içində “partlayıcı maddələr”in olması təsdiqlənib.

Aşkar olunmuş “partlayış təhlükəli əşyalar”ın təhlükəsiz şəraitdə daşınaraq ərazidən kənarlaşdırılması və xüsusi partlayış meydançasında “zərərsizləşdirilməsi” qərara alınıb.

Təlim zamanı qarşıya qoyulmuş tapşırıqlar uğurla icra olunub. 

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir