FHN zəlzələ ilə bağlı məlumat yaydı
Gürcüstanda baş verən və Azərbaycanın sərhəd rayonlarında hiss edilən zəlzələ zamanı ölkədə hər hansı dağıntı və ya insan xəsarət qeydə alınmayıb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildiirlib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.
Xatırladaq ki, Gürcüstan ərazisində 4.9 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.