FHN- xilasediciləri xırdalanda intihara cəhdin qarşısını alıb – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Bu barədə ” Turanın səsi ” nə FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.

FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırlıb.

10.38

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Bu barədə “Turanın səsi ” nə FHN-dən bildirilib.

Qeyd edilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasetmə əməliyyatı davam edir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir