FHN Milli Qurtuluş Gününə həsr olunmuş “Milli qurtuluşdan başlayan Zəfər yolu” mövzusunda tədbir keçirib

0

Fövqəladə Hallar Nazirliyi tərəfindən “Milli qurtuluşdan başlayan Zəfər yolu” mövzusunda tədbir keçirilib.

Bu barədə “Turanın səsi “ nə FHN-ın mətbuat xidmətindən bildirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşları, FHN Akademiyasinin rəhbərliyi, professor-müəllim heyəti və kursantlar, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov, xalq artisti Nürəddin Mehdixanlı iştirak edib.

Əvvəlcə, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Dövlət himnin səsləndirilməsi ilə başlanıb.

FHN-in İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış “Milli qurtuluşdan başlayan Zəfər yolu” adlı videoçarxı nümayiş olunub.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm məqamlarına toxunub, müstəqil dövlətimizin qurulmasında və möhkəmləndirilməsində Dahi Rəhbərin əvəzsiz xidmətlərindən bəhs ediblər. 15 İyun – Milli Qurtuluş Gününün böyük ictimai, siyasi və tarixi əhəmiyyətindən danışan natiqlər qeyd ediblər ki, 1993-cü ildə Azərbaycan təkcə siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi. Ölkəmizin dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi var idi. Ümummilli Lider xalqın tələb və təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra zəngin dövlətçilik təcrübəsi, siyasi qətiyyəti və sonsuz Vətən sevgisi sayəsində daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısını böyük məharətlə aldı, ölkəmizi parçalanmaq, qardaş qırğını təhlükəsindən xilas etdi, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirdi. Qısa müddətdə həyata keçirilən sosial-iqtisadi və siyasi tədbirlər nəticəsində respublikamız sürətli inkişaf yoluna çıxdı, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşuldu.

Ulu Öndərin mütərəqqi siyasi kursunu layiqincə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün Azərbaycan Respublikasının müasir dünyanın aparıcı dövlətləri ilə bir sırada inamla irəlilədiyini bildirən natiqlər ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti ilə qarşıya çıxan istənilən problemin həllinə nail olduğunu iftixar hissilə dilə gətiriblər. Dövlətimizin başçısının titanik fəaliyyəti və gələcəyə hesablanmış siyasəti nəticəsində Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Ölkəmiz öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır. Bu müqəddəs yolun, bu şərəfli missiyanın bünövrəsi 15 İyun – Milli Qurtuluş Günündən başlayır.

Sonda kursantlar Ulu Öndərin Vətənə sonsuz məhəbbətini tərənnüm edən şeirlər səsləndiriblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir