FHN Mətbuat xidmətinin məlumatı
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisində yerləşən bazarda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğının mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi işlərinin sürətləndirilməsi məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin yaxın rayonlarda yerləşən hissələrindən əlavə qüvvələr qısa müddətdə hadisə yerinə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin səyi nəticəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.