FHN Mətbuat xidmətinin məlumatı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Suraxanı rayonu, Əmircan qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədəTuranın səsi nə FHN-ın mətbuat xidmətindən bildirilib.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1984-cü il təvəllüdlü Mehdixanov Vüsal Rəfail oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarında ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə avtomobildə sıxılı vəziyyətdə qalan V.Mehdixanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir