FHN-in xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir (video, foto)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu barədə “Turanın səsi “ nə FHN-ın mətbuat xidmətindən bildirilib.
Bu çərçivədə, məlumat verildiyi kimi, FHN-in xilasedicilərinin bir qrupu zəlzələnin ciddi zərər vurduğu Türkiyənin Hatay bölgəsində ötən gündən axtarış-xilasetmə əməliyyatlarına başlayıb.
Ümumilikdə, FHN-in qüvvələri bu vaxtadək həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiqi ilə davam etdirilir.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI