FHN-ın xilasediciləri tərəfindən unikal xilasetmə əməliyyatı həyata keçirilib

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən unikal xilasetmə əməliyyatı həyata keçirilib. Belə ki, günorta saatlarında Bakı şəhərinin Yasamal rayonu, Ə.Əhmədov küçəsində 1 nəfər qadın 16 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bunu görən qonşular dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat veriblər. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Bu barədəTuranın səsi nə FHN-ın mətbuat xidmətindən bildirilib.

Xilasedicilər Vətəndaşla psixoloji söhbət apararaq həm də binanın həyətində xilasetmə yastığı açmaqla zəruri təhlükəsizlik tədbirləri görüblər. Lakin vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən binanın digər istiqamətindəki 9-cu mərtəbənin eyvanından xüsusi alpinist ləvazimatlarından istifadə etməklə 6-cı mərtəbədə yerləşən eyvana enib, astaca mənzilə daxil olaraq anidən vətəndaşı tutub onun intihara cəhdinin qarşısını alıblar.

https://youtu.be/bANAAYS16L8

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir