FHN-in nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin rəisi general-mayor Əşrəf Qasımov 12-14 oktyabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində keçirilən “5-ci Müdafiə və Aerokosmik Sənayedə Əməkdaşlıq Günləri” (İCDDA2022) sərgisində iştirak edib.
Sərgidə nümayiş olunan ən müsair texnologiyalarla yaxından tanış olan Ə.Qasımov bir sıra ölkələrin fövqəladə hallar üzrə aviasiya qurumlarının məsul şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə fövqəladə hallar zamanı aviasiya qüvvələrinin tətbiqi, xilasetmə və təxliyə məsələlərində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “5-ci Müdafiə və Aerokosmik Sənayedə Əməkdaşlıq Günləri” (İCDDA2022) sərgisində 50-dən çox ölkənin müxtəlif şirkətləri və təmsilçiləri iştirak edib.