FHN-in Mobil səhra hospitalı Kahramanmaraşda quraşdırılmağa başlanılıb
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalı qardaş ölkənin Kahramanmaraş şəhərində quraşdırılmağa başlanılıb.
“Turanın səsi ” in xəbərinə görə, hazırda konteynerlər TIR-lar vasitəsilə şəhərin Kahramanmaraş Böyükşəhər Bələdiyyəspor klubunun stadionunun ərazisinə gətirilib və burada quraşdırılır.
Hospitalda FHN-in 41 nəfər tibb heyəti fəaliyyət göstərəcək.
Mobil səhra hospitalı fəaliyyətə başladıqdan sonra burada zəlzələdən əziyyət çəkən insanlara yardım göstəriləcək.
⤵️
⤵️
⤵️
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI