FHN-in Akademiyasında “Heydər Əliyev Məktəbinin Lektoriyası”nın növbəti məşğələsi keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev Məktəbinin Lektoriyası”nın “Heydər Əliyev irsini öyrənirik” mövzusunda növbəti məşğələsi keçirilib. Tədbir “Heydər Əliyev İli” ilə bağlı təşkil olunub.
Bu barədə “Turanın səsi “ nə FHN-ın mətbuat xidmətindən bildirilib.
Toplantıda Akademiyanın rəhbərliyi, şöbə, kafedra, bölmə, xidmət və kurs rəisləri iştirak ediblər.
Tədbiri giriş söz ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev ulu öndər Heydər Əliyevin həyat yolundan, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi mühüm işlərdən söhbət açıb. Akademiyanın rəisi bildirib ki, dahi rəhbər Heydər Əliyev mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib yüksək səviyyədə reallaşdırmağı bacaran nadir tarixi şəxsiyyətlərdəndir. Ulu Öndər Azərbaycanı qısa müddətdə dinamik inkişaf yoluna çıxararaq, ölkəmizin dünya birliyində layiqli yerini tutması üçün misilsiz xidmətlər göstərib.
Sözünə davam edən B.Salayev deyib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunu uğurla davam və inkişaf etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün müstəqil Azərbaycan inkişafının ən yüksək mərhələsinə yüksələrək, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib.
Tədbirdə digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətindən danışaraq qeyd ediblər ki, dövlətçiliyimizin inkişafı, milli-mənəvi dəyərlərimizin və adət-ənənələrimizin qorunub saxlanılması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, mövqeyinin güclənməsi, dünya azərbaycanlılarının birliyinin yaradılması məhz müdrik şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindəndir.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI