FHN evi yararsız vəziyyətə düşən Lənkəran sakininə kömək edib
Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonunun Gəgiran kənd sakini Orucov Nürəddin Qafar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Bu barədə “turanın səsi ” nə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Gəgiran kənd sakini Orucov Nürəddin Qafar oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI