FHN Dövlət Yanğından Mühafizə Xidməti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin birgə məlumatı (video, foto)
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Yanğından Mühafizə Hissəsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı birgə təlim keçirib.
“Turanın səsi ” nə FHN- mətbuat xidmətindən verilən məlumata görə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Liman ərazisində keçirilən təlimdə yanğın zamanı köçürmə planı üzrə hərəkətlər uğurla icra edib.
Əsas məqsədi Liman ərazisində baş verə biləcək fövqəladə hallara qarşı mübarizə bacarığını və işçilərin təhlükəsizliyinin təmin edilməsi səviyyəsini yüksəltmək olan təlim çərçivəsində inzibati binada 2 süni yanğın ocağı formalaşdırılıb. Daha sonra həyəcan siqnalı işə düşüb və qısa zamanda Limanda yanğın baş verən ərazi üzrə mövcud olan könüllü yanğından mühafizə dəstəsi alova ilkin müdaxiləyə başlayıb. Eyni zamanda, ərazidə olan bütün şəxslər toplama məntəqəsinə yönələndirilib və müvafiq şərait qiymətləndirilərək FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib.
“Hadisə yerinə” operativ çatan FHN-in yanğından mühafizə bölmələrinin çevik reaksiya və peşəkar müdaxiləsi nəticəsində hər iki nöqtədəki “alov” qısa zamanda “söndürülüb” və yanğının texniki təlim planına uyğun olaraq hadisə nəticəsində səhhəti pisləşən bir işçi təxliyə edilərək Təcili Tibbi Yardım Briqadasına təhvil verilib. Yüksəklikdə şərti olaraq köməksiz vəziyyətdə qalmış 2 əməkdaş isə avtonərdivan vasitəsilə təxliyə edilib.
Bakı Limanı ərazisində həyata keçirilən təlim çərçivəsində Liman heyətinin hadisələrə reaksiyası və fəaliyyəti FHN-in mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, belə təlimlər Bakı Limanında mütəmadi olaraq keçirilir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09