FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

0

Fövqəladə Hallar Nazirliyi 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə “Turanın səsi “ nə FHN-ın mətbuat xidmətindən bildirilib.

Belə ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir