FHN: “Bayram günlərində 3 nəfərin meyiti aşkarlanıb”


Bayram günlərində 5-i azyaşlı olmaqla 33 nəfər xilas edilib, 16 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə “Turanın səsi ” nə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 290 yanğına çıxış, 22 köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir