FHN “Bakı KOB evi”ndə fəaliyyətə başlayıb

0

“Bakı KOB evin”də Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları tərəfindən sahibkarlara müvafiq xidmətlər göstərilməyə başlayıb.

Turanın səsi ” xəbər verir ki, “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq, “Bakı KOB evi” ndə FHN tərəfindən 6 xidmət təşkil edilib.

Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri Ramin Paşayev bildirib ki, bunlardan üçü FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən, digər üçü isə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən təmin edilib:

“Sahibkarlar Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi vasitəsilə ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübü-konstruktor işlərinə, ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələndirilməsinə, hazırlanmasına, inşasına, istismarına və istismardan çıxarılmasına icazə verilməsi xidmətləri üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər. Eyni zamanda, ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlıqların, radiasiya təhlükəsizliyi vasitələrinin layihələndirilməsinə və hazırlanmasına icazə verilməsi xidmətlərindən istifadə etmək mümkün olacaq”.

Təhlükə potensiallı obyektlərin dövlət reyestri şöbəsinin müdiri Namik İsmayılov deyib ki, vətəndaşlar “Bakı KOB evi” ndə FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi vasitəsilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların, (partlayıcı maddələrin və qurğuların; tezalışan maddələrin və pirotexniki məmulatların) dövriyyəsinə icazənin və təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi haqqında çıxarışın verilməsi xidmətlərindən də yararlana bilərlər.

Vurğulanıb ki, FHN-nin xidmətlərinin tədricən regionlarda fəaliyyət göstərən digər KOB evlərində də həyata keçirilməsi planlaşdırılır. Növbəti mərhələdə təqdim olunan xidmətlərin sayının artırılması nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən xidmətlərin “Bakı KOB evi” vasitəsilə həyata keçirilməsi sənədləşmə işlərində şəffaflığın artırılmasını, prosesin asanlaşdırılmasını və sahibkar məmnunluğunun artırılmasını təmin edəcək.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir