FHN Akademiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

0

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədəTuranın səsi nə FHN-ın mətbuat xidmətindən bildirilib.

Tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Akademiyanın professor-müəllim heyəti və kursantlar iştirak edib.

Əvvəlcə, soyqırımı qurbanlarının, dövlətimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımlardan ətraflı bəhs edib, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıb. Qeyd olunub ki, ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə siyasəti nəticəsində on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldıqları ilk dəfə rəsmi şəkildə bəyan olunub. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında” 2009-cu il 30 dekabr tarixli Sərəncam Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atılan mühüm addımdır. Akademiya rəisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tarixi ilə bağlı həqiqətlərin, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən də danışıb.

Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir