Çimərlik olmayan yerlərdən 52 cəsəd çıxarılıb – FHN

Bu il nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 52 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

turaninsesi.az” xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazirliyin yaradılmasının 19-cu ildönümü münasibətilə keçirilən iclasda deyib.

2024-cü il ərzində dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 71 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 90 nəfər olmaqla, cəmi 161 nəfər xilas edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI