Bakıda yaşayış binasında yanğın oldu

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yataq otağında 1 ədəd dolab və yataq dəsti 7 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən “turaninsesi.az“-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri və tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir