Bakıda uçqun TƏHLÜKƏSİ – Aidiyyəti qurumlar əraziyə cəlb olundular

0

Oktyabrın 28-də Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçaları uçaraq Bakı Kənar Dairəvi yoluna tökülüb.

turanimsesi.az” xəbər verir ki, hadisə ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Oktyabrın 29-u səhər saatlarında fövqəladə hallar naziri Kəmaləddin Heydərov uçqun baş verən əraziyə gedərək görülən işlərlə yaxından tanış olub və müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, şəhərin giriş hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılmasa da, müəyyən məhdudiyyətlər tətbiq edilib ki, bu da ərazidə tıxacın yaranmasına səbəb olub.

“Təqribən yarım saatdan çoxdur ki, gözləyirəm. Artıq ikinci dəfədir belə hadisə baş verir. Bundan əvvəl də yolu bağlamışdılar”, – deyə sürücülərdən biri bildirib.

Qeyd edək ki, hazırda FHN əməkdaşları uçqun baş verən ərazidə yamacın yuxarı hissəsində süxurların ləğvi istiqamətində işlərini davam etdirirlər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir