“Bağırov” körpüsünü su basıb

Paytaxt Bakıda gecəyarısından başlayan güclü yağış bir sıra fəsadlara yol açıb.
Güclü yağış səbəbi ilə “Bağırov” körpüsünü su basıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunublar. Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
