Azərbaycanın xilasediciləri daha 11 şəxsin meyitini çıxarıb
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha 11 şəxsin meyitini çıxarıb.
“Turanın səsi ” in xəbərinə görə, FHN-in xilasediciləri tərəfindən şəhərin Pınar məhəlləsindəki binanın dağıntıları altından fevralın 13-də 7, bu gün isə 4 nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, Azərbaycanın FHN-in bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 198 saatdan sonra binanın dağıntılar altından 2 nəfəri sağ çıxarıb.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI