Azərbaycan təbii və texnogen risklərin olduğu ölkədir-Kəmaləddin Heydərov
Azərbaycan təbii və texnogen risklərin olduğu ölkədir.
“turaninsesi.az” xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 3-də Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI beynəlxalq konfransının açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tarix boyu insanlar təbii və texnogen hadisələrlə üzləşib:
“Azərbaycan təbii və texnogen risklərinin olduğu ölkədir. Ölkəmizdə son illər sənaye və infrastruktur şəbəkəsinin yaradılması fövqəladə hallardan qorunma məsələsini də diqqətdə saxlayır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılan Fövqəladə Hallar Nazirliyi hadisələrə çevik reaksiya verir. Nazirlik beynəlxalq müstəvidə əməkdaşlığı genişləndirir. Azərbaycanda yanğınsöndürmə sisteminin formalaşması böyük tarixə malikdir”.
Arzu Paşaqızı