Azərbaycan Kahramanmaraşda növbəti 300 çadırlıq şəhərcik qurub

0

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Kahramanmaraşda növbəti çadır şəhərciyi qurulub.

Bu barədə ” turanın səsi ” nə FHN-dən məlumat verilib.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların Nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir.

Belə ki, FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən Kahramanmaraş Sütçü İmam Universitetinin həyətində 300 çadırdan ibarət növbəti çadır şəhərciyi qurulub. Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir