Azərbaycan Fövqəladə Hallar Nazirliyinin idarə rəisi ilkə imza atıb
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin Kadrların qeydiyyatı idarəsinin rəisi Hikmət Osmanov Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib. Bu barədə Universitetin rəsmi rəsmi veb səhifəsində məlumat verilir.
Bu barədə “Turanın səsi “ nə FHN-ın mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, qərar Universitetin Dissertasiyaların Müdafiəsi üzrə Elmi Şurasının iclasında qəbul edilib. Belarus Ali Attestasiya Komissiyasının nümayəndələri və digər maraqlı şəxslər müdafiənin gedişatını internet üzərindən onlayn rejimdə izləyiblər.
Dissertasiya işinin mövzusu “Azərbaycan Respublikasının kaskad düzülüşlü su anbarlarında hidrodinamik qəzaların baş vermə riski”dir (ixtisas 05.26.02 – fövqəladə hallarda təhlükəsizlik (yanma və İstilik-kütlə mübadiləsi)).
Dissertasiya işi Rusiya Federasiyasında fəaliyyət göstərən «ТАТ-СИСТЕМ» Ekspert Kompaniyasının mütəxəssisi, texnika elmləri namizədi dosent Sergey Pastuxovun elmi rəhbərliyi altında hazırlanıb.
Qeyd edək ki, Hikmət Osmanov Belarusda fövqəladə hallar istiqamətində elmi iş müdafiə edən ilk Azərbaycan vətəndaşıdır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09